çərşənbə, 06 avqust 2025

DÜNYA FUTBOLU

Messinin atası: ''Yayılan xəbərlər həqiqəti əks etdirmir''

02.09.2020 14:46 Oxundu 688


“Barselona”nın futbolçusu Lionel Messinin atası və eyni zamanda da meneceri olan Xorxe Messi İspaniya mətbuatına açıqlama verib.

Cempion.az xəbər verir ki, ulduz futbolçunun atası Maria Bartomeu ilə görüşündən sonra ''El Chiringuito'' adlı İspaniya kanalına bunları deyib: ''Messinin ''Barselona''da karyerasını davam etdirməsi çətin məsələdir. Messi Kataloniya klubundan ayrılmaq istəyir. ''Mançester Siti'' və Qvardiola ilə heç bir transfer görüşümüz olmayıb. Yayılan xəbərlər həqiqəti əks etdirmir''.

Qeyd edək ki, Lionel Messinin “Mançester Siti”yə transfer olacağı ilə bağlı xəbərlər yayılıb.