02.09.2020 15:47
857

Azərbaycanlı FİFA referisi Rəhim Həsənov UEFA-dan təyinat alıb.
Cempion.az AFFA-nın saytına istinadən xəbər verir ki, Həsənov, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda, sentyabrın 3-də Almatı şəhərindəki Mərkəzi stadionunda keçiriləcək Qazaxıstan – Monteneqro oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.