
İtaliya A Seriyasında 2020/21 mövsümünün təqvimi açıqlanıb.
Cempion.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. A Seriyasında yeni mövsümə sentyabrın 20-də start veriləcək.
Son çempion “Yuventus” ilk turda “Sampdoriya”nı qəbul edəcək. “İnter” “Benevento”, “Milan” isə “Bolonya” ilə qarşılaşacaq.
Turun mərkəzi görüşü paytaxt Romada keçiriləcək. Son mövsümün sürpriz komandalarından olan “Atalanta”, ilk turda səfərdə “Latsio”nun qonağı olacaq.
Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçiriləcək.
İtaliya A Seriyası, 1-ci tur
''Benevento'' – ''İnter''
''Fiorentina'' – ''Torino''
''Cenoa'' – ''Krotone''
''Yuventus'' – ''Sampdoriya''
''Milan'' – ''Bolonya''
''Latsio'' – ''Atalanta''
''Parma'' – ''Napoli''
''Sassuolo'' –''Kalyari''
''Udineze'' – ''Spetsiya''
''Verona'' – ''Roma''