02.09.2020 16:47
542


"Barselona"nın futbolçusu Luis Suares "Yuventus"la müqavilənin detallarını razılaşdırıb.
Cempion.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, bu transfer Turin təmsilçisinə pulsuz başa gələcək. Çünki katalonlara 1 illik müqaviləsi qalan uruqvaylı futbolçu sözləşməsini qarşılıqlı razılaşma ilə pozmaq üzrədir. 33 yaşlı hücumçu Turin təmsilçisindən ayrılacaq olan Qonsalo İquainin yerinə komandaya qoşulacaq. Növbəti həftədə Suaresin "qoca sinyora"ya keçidinin rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, Suares ötən mövsüm keçirdiyi 36 oyunda 21 qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb.