02.09.2020 18:17
500

“Liverpul”un futbolçusu Corcinyo Veynaldum karyerasını İspaniyada davam etdirəcək.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Barselona” ilə razılaşıb. Veynaldum yeni klubu ilə 3 illik müqavilə imzalayacaq.
“Liverpul” niderlandlı yarımmüdafiəçinin “Barselona”ya transferindən ümumilikdə 20 milyon avroya yaxın pul qazanacaq.
Qeyd edək ki, 2016-cı ildən “Liverpul”da çıxış edən Veynaldumun müqaviləsi 2021-ci ilin yayına qədərdir.