çərşənbə, 06 avqust 2025

DÜNYA FUTBOLU

“Qalatasaray” futbolçusunu icarəyə vermək istəyir

02.09.2020 18:47 Oxundu 690


“Qalatasaray” futbolçusu Jesse Sekidikanı icarəyə vermək istəyir.

Cempion.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Sarı-qırmızılar”ın baş məşqçisi Fatih Terimin icarəyə göndərilməsini istədiyi hücumçu ilə “Göztəpə” klubu yaxından maraqlanır.

“Qalatasaray” 24 yaşlı hücumçunu bu ilin yanvarında “Əskişəhərspor”dan transfer edib. Sekidika “cim-bom”la 6 oyuna çıxıb.

Nigeriyalı forvard 2019-cu ilin əvvəlində “Neftçi”də baxışda olub. Amma həmin vaxt “ağ-qaralar”ın keçmiş baş məşqçisi Roberto Bordin onu bəyənmədiyi üçün müqavilə imzalanmayıb.