çərşənbə, 06 avqust 2025

DÜNYA FUTBOLU

Rodriqes İngiltərə klubunda

03.09.2020 10:15 Oxundu 620

İngiltərənin "Everton" klubu "Real"ın yarımmüdafiəçisi Xames Rodriqesin transferini tamamlayıb.

Cempion.az ''The Sun'' nəşrinə istinadən xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi ilə 3 illik razılıq əldə olunub. Onun illik maaşı 4 milyon funt-sterlinq olacaq. Liverpul təmsilçisi 29 yaşlı futbolçunun keçidi üçün Madrid klubuna 22 milyon funt-sterlinq təzminat ödəyib.

 Qeyd edək ki, "Real" Rodriqesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya transfer edib. Xames paytaxt klubunda keçirdiyi 125 oyunda 37 qol vurub, 42 məhsuldar ötürmə edib, 9 titul qazanıb.