çərşənbə, 06 avqust 2025

DÜNYA FUTBOLU

PSV-dən 10 milyon avroluq transfer

03.09.2020 11:15 Oxundu 604

Niderlandın PSV klubu yeni transferini açıqlayıb.

Cempion.az klubun saytına istinadən xəbər verir ki, Erediviziya təmsilçisi Almaniya Bundesliqa təmsilçisi "Auqsburq"un müdafiəçisi Filipp Maksı transfer edib.  26 yaşlı sol cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. PSV bu keçid üçün 10 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, "Auqsburq" Maksı 2015-ci ildə "Karlsrue"dən 3,8 milyon avroya transfer etmişdi.