çərşənbə, 06 avqust 2025

DÜNYA FUTBOLU

Millətlər Liqasında yeni mövsüm başlayır

03.09.2020 10:45 Oxundu 638


Bu gün UEFA Millətlər Liqasında 2020/2021 mövsümünə start veriləcək.

Cempion.az xəbər verir ki, ilk turun görüşləri üç günü əhatə edəcək. Mövsümün açılış matçında Latviya Andorranı qəbul edəcək. Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçiriləcək.

İlk oyun gününün maraqla gözlənilən qarşılaşmasında A Liqasının 4-cü qrupunda yer alan Almaniya yığması ilə İspaniya üz-üzə gələcək.

B Liqasında mübarizə Türkiyə yığması da ilk oyununu bu gün keçirəcək. Şenol Günəşin rəhbərlik etdiyi komanda Macarıstanla qarşılaşacaq.

C Liqasının 1-ci qurupunda yer alan Azərbaycan yığması da sentyabrın 5-də mübarizəyə başlayacaq. Canni De Byazinin rəhbərlik etdiyi komanda Lüksemburq yığmasıyla Bakıda qarşılaşacaq.

Millətlər Liqası, 2020/221 mövsümü, ilk tur

3 sentyabr

D Liqası, 1-ci qrup
20:00 Latviya – Andorra
22:45 Farer adaları – Malta

A Liqası, 4-cü qrup
22:45 Almaniya – İspaniya
22:45 Ukrayna – İsveçrə

B Liqası, 4-cü qrup
22:45 Bolqarıstan – İrlandiya
22:45 Finlandiya – Uels

B Liqası, 3-cü qrup
22:45 Rusiya – Serbiya
22:45 Türkiyə – Macarıstan

C Liqası, 3-cü qrup
22:45 Moldova – Kosovo
22:45 Sloveniya – Yunanıstan