
İngiltərənin ''Mançester Yunayted'' klubu ''Ayaks''ın futbolçusunu heyətinə cəlb edib.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ''qırmızı şeytanlar'' 23 yaşındaki niderlandlı futbolçu Donni van de Beek ilə 5+1 illik müqavilə imzalayıb.
İngiltərə mətbuatında yer alan xəbərə görə, ''Mançester Yunayted''in transfer üçün ''Ayaks'' klubuna 40 milyon sterlinq ödəyib.
Niderland təmsilçisinin aşağı yaş qrupunda karyerasına başlayan Van de Beek, 2015-ci ildə əsas komandanın üzvünə çevrilib. UEFA Çempionlar Liqasında yarımfinal oynadıqları 2018-2019 mövsümündə ''Ayaks''ın uğurlarında önemli rol oynayan müdafiəçi, eyni mövsümdə komandayla birgə Niderland çempionu və Niderland kubokunun qalibi olub.
Qeyd edək ki, Van de Beek, keçən mövsüm ''Ayaks'' ilə 37 qarşılaşmaya çıxıb və 10 qolla yadda qalıb.