03.09.2020 13:15
680

Azərbaycan milli komandasının heyətinə yeni futbolçu çağırılıb.
Cempion.az AFFA-nın saytına istinadən xəbər verir ki, avqustun 27-də açıqlanmış heyətdə adı ehtiyat heyətdə göstərilən “Sabah” klubunun üzvü Coşqun Diniyev millinin toplanışına dəvət olunub.
Qeyd edək ki, Milli komanda UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Bakıda Lüksemburq, sentyabrın 8-də isə rəqib meydanında Kipr yığması ilə qarşılaşacaq.