03.09.2020 14:51
687


"Fənərbağça" daha bir transferə hazırlaşır.
Cempion.az xəbər verir ki,İstanbul təmsilçisi Çinin "Quançjoy Fuli" klubunda çıxış edən Eran Zahavini transfer etmək üzrədir. Nəşrin məlumatına görə, israilli futbolçunun illik maaşı 2,5 milyon avro maaş alacaq. 33 yaşlı hücumçu ilə iki illik müqavilə imzalanması planlaşdırılır. İsrail millisinin üzvünün həyat yoldaşı Şay Zahavi İstanbulda yaşamağa tərəddüd etdiyi üçün tərəflər hələ ki yekun razılığa gələ bilmir. Ancaq növbəti həftəyə kimi "Fənərbağça"nın transferi bitirəcəyi bildirilir.
Zahavi Çin klubunda illik 8-10 milyon avro maaş alır.
Qeyd edək ki, O, 2016-cı ildən çıxış etdiyi klubda keçirdiyi 106 oyunda 91 qol vurub, 27 məhsuldar ötürmə edib.