03.09.2020 15:15
607

İngiltərənin "Börnli" klubundan ayrılan Aaron Lennon karyerasını Türkiyədə davam etdirəcək.
Cempion.az xəbər verir ki, 33 yaşlı təcrübəli futbolçu artıq "Kayserispor"un uğurları üçün çalışacaq. Super Liqa təmsilçisinin prezidenti Berna Özbaşı sosial hesabında bu keçidi bəyan edib. Müqavilənin müddəti və şərtləri açıqlanmayıb.
Qeyd edək ki, İngiltərə millisinin keçmiş üzvü "Lids", "Tottenhem" və "Everton"da da çıxış edib.