cümə axşamı, 07 avqust 2025

DÜNYA FUTBOLU

"Troyes" "Mançester Siti"nin qrupna daxil oldu

03.09.2020 15:45 Oxundu 675


"Mançester Siti" sahibi olan "City Football Group" (CFG) şirkəti növbəti klub alıb.

Cempion.az şirkətin saytına istinadən xəbər verir ki, Fransa ikinci liqasında çıxış edən "Troyes"in səhmlərinin sahibi olub. Bununla da şirkət 10-cu klub alıb.

Qeyd edək ki, CFG "Mançester Siti", "Troyes"lə yanaşı, "Lommel" (Belçika), "Nyu-York Siti" (ABŞ), "Melburn Siti" (Avstraliya), "İokoqama F. Marinos" (Yaponiya), "Torke" (Uruqvay), "Jirona" (İspaniya), "Siçuan Szyunyu" (Çin) və "Mumbai Siti"nin" (Hindistan) sahibidir.