cümə axşamı, 07 avqust 2025

DÜNYA FUTBOLU

"Uotford"dan "Everton"a

03.09.2020 17:15 Oxundu 457

"Real"dan Xames Rodriqes, "Napoli"dən Allan ilə razılıq əldə edən "Everton" daha bir futbolçunu heyətinə cəlb edib.

Cempion.az "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, göylər keçən mövsüm "Uotford"un heyətində uğurlu oyunu ilə diqqəti cəlb edən yarımmüdafiəçi Abdulaye Dukure ilə razılığa gəlib. "Everton" bu keçid üçün qarşı tərəfə 25 milyon avro təzminat ödəyəcək. 27 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanacağı gözlənilir.

 Xatırladaq ki, "Uotford" Dukureni 2016-cı ildə Fransanın "Reyms" klubundan 10,6 milyon avroya transfer etmişdi.

Qeyd edək ki, fransalı futbolçu ötən mövsüm Premyer Liqada keçirdiyi 37 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.