cümə axşamı, 07 avqust 2025

BİZİM FUTBOL

Millinin düşərgəsində narazılıq

03.09.2020 17:45 Oxundu 501


UEFA Millətlər Liqasında ilk oyununa çıxacaq millinin avqustun 27-dən başlayan toplanışı davam edir.

Cempion.az xəbər verir ki, yığmanın düşərgəsində ilk narazılıq olub. Əksər futbolçular Canni De Byazinin keçdiyi məşqlərdən şikayətlənib. Gündə 2 məşqə çıxan oyunçular həddən artıq "yüklənməyə" məruz qaldıqlarını və buna dözməyin çətin olduğunu bildirib.

Klubların heyətində Qəbələ toplanışı zamanı bu çalışmaları yerinə yetirdiklərini söyləyən komanda üzvləri Lüksemburqla qarşılaşma öncəsi hazırlıq tempinin aşağı salınmasını istəyib. Amma italyan mütəxəssis bu xahişə məhəl qoymayıb. O, məşq proqramını fasilə və rəqibə uyğun tərtib etdiyini deyib.