cümə axşamı, 07 avqust 2025

BİZİM FUTBOL

Türkiyəli hakimlər millimizin oyununda

04.09.2020 13:36 Oxundu 449


21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Fransa oyununun təyinatları açıqlanıb. 

"Cempion.az" "Report"a istnadən bildirir ki, qarşılaşma Türkiyədən olan hakimlər briqadasına həvalə edilib. Oyunun baş hakimi FIFA referisi Halis Özkahya olacaq. Ona Kerem Ersoy və Serkan Olguncan kömək edəcək. Dördüncü hakim funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək. 

Hakim inspektor isə rumıniyalı Augustus Konstantin olacaq. 

Qeyd edək ki, sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan - Fransa matçı saat 21:00-da başlayacaq.