04.09.2020 13:52
447

UEFA Avropa Liqasının seçmə mərhələsində çıxış edən Azərbaycan klublarının hesabına pul köçürüb..
"Cempion" AFFA-nın rəsmi saytına istinadən bildirir ki, UEFA "Neftçi", "Keşlə" və "Sumqayıt" klublarının hər biriə 240 min avro ayırıb. Həmin maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
Qeyd edək ki, “Keşlə” klubu üçün ayrılmış maliyyə vəsaiti mövsümün birinci və ikinci yarısı nəzərdə tutulmaqla klubun cari xərclərinin ödənilməsinə yönəldiləcək.