04.09.2020 15:25
593


Milli futbol komandaları 2020-ci ilin əvvəlindən bu günə kimi 36 şübhəli görüş keçiriblər. “Cempion.az” bildirir ki, “Tayms” nəşri ciddi araşdırmalar nəticəsində bu qənaətə gəlib. Nəşrin hesabatlarında deyilir ki, bukmeker kontorlarındakı pul qoyuluşunun dinamikası da şübhələrə yol açır.
Şübhəli oyunlarda potensial pozuntular arasında buraxılan qol sayına görə futbolçuların satın alınması və hakimlərə sarı vərəqə sayına görə rüşvət verməsi halları liderlik edirlər.
Belə matçların sayının iki ildə iki dəfədən çox artdığı qeyd olunur.
Qadın futbolunda şübhəli görüşlərin sayında azalma var.