cümə axşamı, 07 avqust 2025

BİZİM FUTBOL

Kristofer Martins: “Qarayev əsl komanda oyunçusudur”

04.09.2020 18:51 Oxundu 441
 
“Azərbaycan millisinin oyunlarını təhlil etmişik, komandanın müsbət və mənfi cəhətlərini müəyyənləşdirmişik”.
“Cempion.az” bildirir ki, bunu Lüksemburq yığmasının futbolçusu Kristofer Martins Millətlər Liqasında Azərbaycanla Bakı Olimpiya Stadionunda keçiriləcək oyunla bağlı danışarkən deyib.
Mətbuat konfransında çıxış edən yarımmüdafiəçi millimizin vitse-kapitanı Qara Qarayeviin ünvanına xo. Sözlər deyib: “Azərbaycan yığmasının 2 nömrəli futbolçusu çox yaxşı keyfiyyətlərə malikdir və əsl komanda oyunçusudur”.
Pandemiya ilə əlaqədar İsveçrədən Lüksemburqa qayıtmaqda çətinliklə üzləşən Martins məşq prosesini “Yanq Boyz”un düşərgəsində keçirdiyini söyləyib: “Yığmada olduğum üçün çox şadam. Yığmanın sabahkı matçını səbirsizliklə gözləyirəm. Meydana daxil olduğun zaman özünə əminlik yaranır. İsveçrədə klubumun heyətindəki son görüşdə qazanılan qələbə sabahkı oyunöncəsi mənə əlavə motivasiya verəcək. Mənim üçün dəyişən bir şey yoxdur, komandanın bütün oyunçularını tanıyıram. Azərbaycanla qarşılaşmada əsas vəzifəm hücumda çıxış etmək olacaq”.
Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – Lüksemburq görüşü saat 20:00-da başlayacaq.