05.09.2020 12:04
483

Rusiyanın paytaxtı Moskvada keçirilən velosiped yarışı zamanı faciə baş verib.
TASS xəbər verir ki, Qran-pri yarışlarının iştirakçısı Pavel Sveşnikov dünyasını dəyişib.
Yarış zamanı 22 yaşlı velosipedçi huşunu itirərək yerə yıxılıb. Ona ilkin yardım göstərilib, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Sveşnikov 2018-ci ildə trek üzrə Rusiya çempionatında gümüş medal qazanıb.