05.09.2020 16:28
601


Artıq Lonel Messi “Barselona”da qalmaq barədə qərarını açıqlayıb. Bu qərara qədər o, məşqlərə qatılmırdı. Gözlənilirdi ki, Messi qərarını verdikdən dərhal sonra məşqlərə başlayacaq. Amma şənbə günü futbolçu məşqə gəlməyib. Mətbuatda Messinin bu adımdı müxtəlif cür yozulsa da, “cempion.az” xəbər verir ki, rəhbərliklə razılaşmalara görə o, “Barselona” ilə növbəti mövsümün hazırlıqlarına bazar ertəsi günü – sentyabrın 7-də başlayacaq.