05.09.2020 19:42
823


Oyuna qonaqlar fəal başladı. İlk dəqiqələrdə Emil Balayevin qapısı ağzında təhlükəli vəziyyət yarandı, amma qapıçımızın sayıqlığı hesabın açılmasına imkan vermədi. Hiss olunurdu ki, Lüksemburq millisi bir baş üstün komandadır. Əsasən müdafiə olunan komandamıza daha bir zərbəni Mahir Emreli vurdu. 25-ci dəqiqədə o heç bir lüzum olmadan rəqib futbolçuya ayaqla zərbə endirdi. Hakim dərhal qırmizi kartla Mahiri meydandan qovdu. Bu ana qədər özünü meydan sahibi kimi hiss edən Lüksemburq yığması bundan sonra daha rahat hərəkət etməyə başladı.
43-cü dəqiqədə əks-hücuma keçən komandamız hesabı açdı. Müdafiəçini çaşbaş salan Namiq qapı üzərinə ötürmə verdi. Şeydayev baş zərbəsi ilə baxımlı qola imza atdı. Gözləmək olardı ki, fasiləyə üstün yollanan komandamız ikinci hissədə ağıllı müdafiə olunmaqla uğur qazana bilər. Lakin belə olmadı. İkinci hissə başlayan kimi Krivatsyukun avtoqolu ilə qonaqlar hesabı bərabərləşdirdilər. Lakin bu hesabı da qoruyub saxlamaq mümkün olmadı. Oyuna sonradan daxil olan Adil Nağıyev cərimə meydançası daxilində topa əli ilə toxundu və təyin olunan 11 metrlik zərbəni qonaqlar səhvsiz yerinə yetirdilər - 1:2.
Beləliklə, millimiz Millətlər liqasının ilk turunda öz meydançasında məğlub oldu.
***
Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/21 mövsümündə ilk oyununa çıxacaq. Canni De Byazinin baş məşqçiliyi ilə komandamız Bakı Olimpiya Stadionunda Lüksemburqu qəbul edəcək. Bu, 64 yaşlı italyan mütəxəssisin millidə ilk sınağı olacaq.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
5 sentyabr
20:00. Azərbaycan - Lüksemburq
Hakimlər: Kris Kavana, Daniel Riçard Kuk, Sian Massey, Pol Tirni.
Bakı Olimpiya Stadionu.
Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Namiq Ələsgərov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 15. Bədavi Hüseynov, 16. Elvin Camalov, 18. Anton Krivotsyuk, 19. Təmkin Xəlilzadə.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 23. Mehdi Cənnətov, 3. Coşqun Diniyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 13. Abbas Hüseynov, 14. Adil Nağıyev, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev, 22. Rəhim Sadıxov.
Baş məşqçi: Canni de Byazi.
Lüksemburq: 1. Anthoni Moris, 5. Vahid Selimoviç, 7. Lars Gerson, 8. Kristofer Martins, 10. Gerson Rodriges, 11. Vinsen Till, 13. Dirk Karlson, 15. Olivye Till, 16. Leandro Barreyro, 18. Laoren Yans (k), 21. Mauritse Devill.
Ehtiyat oyunçular: 12. Ralf Şon, 23. Ralf Şon, 2. Enes Mahmutoviç, 3. Tim Holl, 4. Kevin Malget, 6. Florian Bohnert, 9. Danel Sinani, 14. Stefano Bensi, 17. Alessio Kurçi, 18. Marvin Martins, 20. Edvin Muratoviç, 21. Aldin Skenderoviç.
Baş məşqçi: Lük Holtz.