cümə axşamı, 07 avqust 2025

BİZİM FUTBOL

Canni De Byazi: “Həm fiziki, həm də taktiki cəhətdən inkişaf etməliyik”

06.09.2020 13:04 Oxundu 505
 
UEFA Millətlər Liqası turnirində keçirilmiş Azərbaycan – Lüksemburq oyunundan sonra komandamızın baş məşqçisi Canni De Byazi məğlubiyyətin səbəblərinə aydınlıq gətirən açıqlama verib:
 
 “Oyuna yaxşı başlamadıq. Xüsusən, ilk 10 dəqiqə bizim üçün yaxşı keçmədi. Topa sahib olmaqda çətinlik çəkirdik. Bəlkə də bu psixoloji amillə bağlı idi. Təəssüf ki, oyunun çox hissəsini azlıqda keçirdik. İkinci hissədə sadə iki qol buraxdıq. Mövsüm yeni başlayıb və futbolçuların fiziki hazırlığı yüksək səviyyədə deyil. Oyunun sonlarında yorğunluq hiss olunurdu.
Lüksemburq yığması güclü komandadır. Uzun müddətdir birlikdə oynayırlar. Öz oyun üslubları, mexanizmləri var, futbolçularının çoxu legioner həyatı yaşayır. Oyun ərzində yaşana biləcək bütün neqativləri yaşadıq. Azlıqda qaldıq, avtoqola imza atdıq, penalti etdik. Bizim üçün vacib test oldu. Futbolçularıma təşəkkür edirəm. Oyunun çox hissəsini azlıqda oynamaq çətindir. Buna baxmayaraq qol vurmağı bacardıq. Bu bizim üçün çox pozitiv məqam idi. Həm fiziki, həm də taktiki cəhətdən inkişaf etməliyik”.