cümə axşamı, 07 avqust 2025

DÜNYA FUTBOLU

Luk Holts: “Qalibiyyətə layiq idik”

06.09.2020 13:11 Oxundu 461
 
UEFA Millətlər Liqası turnirində keçirilmiş Azərbaycan – Lüksemburq oyunundan sonra qonaq komandanın baş məşqçisi Luk Holts qələbəni şərh edib:
 
 “Oyunumuza görə qalibiyyətə layiq idik. Qarşılaşmanın əvvəlindən sonunadək baxımlı oyun nümayiş etdirdik. Sözün düzü oyuna tam nəzarət edəcəyimizi gözləmirdik. Bunda rəqibin azlıqda qalmasının da rolu oldu. Rəqib müdafiəyə çəkilməklə işimizi asanlaşdırdı. Komandamın nümayiş etdirdiyi futboldan razı qaldım. Xüsusən, hesabda geri düşdükdən sonra düzgün oynadıq və qələbə qazandıq”.