06.09.2020 13:34
469

“Barselona”dan sonra Madridin “Real” klubuda futbolçularını kütləvi surətdə satmağa hazırlaşır.
“Cempion.az” İspaniya mətbuatına istinadən xəbər verir ki, bu yolla Madrid klubu maddi sıxıntılarını yüngülləşdirmək istəyir.
Məlumatda bildirilir ki, İspaniya çempionlarının rəhbərliyi yarımmüdafiəçisi Qaret Beyli, Mariano Diası, Borxa Mayoralı və Lukas Vaskası satmaq niyyətindədir.
Klub bu futbolçuların satışından ən azı 100 milyon avro qazanmağı planlaşdırır.
Lakin futbolçulardan bəziləri klubu tərk etmək istəmir. Məsələn, Lukas Vaskas müqaviləsinin sonuna qədər komandada qalmaq niyyətindədir.