cümə axşamı, 07 avqust 2025

BİZİM FUTBOL

Mahir Emreli üzr istədi

06.09.2020 18:27 Oxundu 604

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Millətlər Liqasının ilk turunda Lüksemburq komandasına qarşı oyunun (1: 2) 25-ci dəqiqəsində qırmizi kart alaraq meydandan kənarlaşdırəlması ilə bağlı fikirlərini azerisport.com-a bildirb:
“Bu cür alındığına görə üzr istəyirəm. Komandanı və baş məşqçini çətin vəzziyyətdə qoyduğumu başa düşürəm. Həmin epizodda sadəcə hisslərimi cilovlaya bilmədim. Bu mənim üçün böyük bir dərs olacaq və bundan sonra daha təmkinli olacağam. Düzü, bu epizodda komandanı aqressiv bir oyunla ruhlandırmaq istədim ki, rəqibin üstünə  daha çox getsinlər, amma təəssüf ki, tərsinə oldu. Komandaya kömək etmək istəyirdim, amma nəticədə onu pis vəziyyətə saldım. Məğlubiyyət üçün bütün məsuliyyəti öz üzərimə götürməyə hazıram. Eyni zamandahər bütün tənqidiləri qəbul etməyə hazıram və gələcəkdə bu vəziyyəti dəyişdirməyə çalışacağam ”.