cümə axşamı, 07 avqust 2025

DÜNYA FUTBOLU

Kuman Messidən fərqli  şəkildə istifadə edəcək

08.09.2020 13:01 Oxundu 621
 
“Barselona”nın baş məşqçisi Ronald Kuman komandanın strukturunu dəyişdirmək və hücumçu Lionel Messini fərqli bir şəkildə istifadə etmək niyyətindədir.  “Cempion.az” saytının məlumatına bu barədə  “El Mundo Deportivo” xəbər verir.
Mənbə bildirir ki, hollandiyalı mütəxəssis argentinalını aldadıcı sağ cinah oyunçusu mövqeyində yerləşdirməklə   4-2-3-1 sxemini tətbiq edəcək. Messi hücumun bütün cəbhəsi boyunca hərəkət edəcək, zərbə və ya kəskin ötürmə üçün yaranan fürsətləri  dəyərləndirəcəkr.  Koeman, Messinin tamamilə hücuma diqqət yetirməsini və top üçün meydanın ortasına qayıtmasını istəmir. Məşqçi Lionel'i böyük müdafiə işindən tamamilə azad edəcək.