08.09.2020 03:35
513


21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan yığması növbəti oyununu keçirib. “Kapital Bank Arena”da Fransa yığmasına qarşı keçirilən oyun 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb. U-21-in heyətində 90+1-ci dəqiqədə Toral Bayramov fərqlənib.