cümə axşamı, 07 avqust 2025

BİZİM FUTBOL

Qara Qarayev: "Azərkeşlərin rəğbətini qazanmaq istəyirik"

08.09.2020 13:57 Oxundu 529

Milli komandanın üzvü Qara Qarayev Kipr-Azərbaycan matçı barədə fikirlərini bildirib.
“Bütün diqqətimiz bu oyuna yönəlib. Heyətdə Mahirdən başqa bir itki yoxdur. Oyuna tam hazırıq. Əlimizdən gələni edəcəyik ki durumu xeyrimizə dəyişək, azarkeşlərin rəğbətini qazanaq. Bura daha əvvəl “Qarabağ”la səfər etmişəm. Milli səviyyədə ilk dəfə qarşılaşacağıq. Necə oynayacağımızı bilirik. Ancaq bunu indi demək düzgün deyil. Məşqçilər heyəti rəqibi yetərincə araşdırıb və lazım olan informasiyanı bizə verib".