cümə axşamı, 07 avqust 2025

BİZİM FUTBOL

AFFA “Qəbələ”yə verdiyini geri alır

08.09.2020 14:33 Oxundu 545


İntizam Komitəsi  Premyer Liqanın I turunda baş vermiş intizamsızlıqları dəyərləndirərək klubları cərimələyib:

- “Neftçi” – “Səbail” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

- “Sumqayıt” – “Keşlə” oyununda “Keşlə” klubunun 3 nömrəli futbolçusu Tərlan Quliyev sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydançaya çıxdığı üçün klub 800 manat cərimə olunur;

- “Qəbələ” – “Zirə” oyununda təcili yardım nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur;

- “Qəbələ” – “Zirə” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 800 manat cərimə olunur;

-“Zirə” klubunun 21 nömrəli futbolçusu Hacıağa Hacılı qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.