cümə axşamı, 07 avqust 2025

ŞAHMAT

İddiaçılar Turniri bərpa edilir

08.09.2020 18:38 Oxundu 506

Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılmış şahmat üzrə İddiaçılar Turnirinin bərpa vaxtı dəqiqləşib.  
"Cempion.az" Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış noyabrın 1-də Rusiyanın Yekaterinburq şəhərində qaldığı yerdən davam etdiriləcək.  
Qeyd edək ki, İddiaçılar Turniri martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsini kəsməsi səbəb olub. 8 qrossmeysterin qatıldığı turnir VII turdan sonra yarımçıq qalıb. 7 turdan sonra fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Yan Nepomnyaşi hərəyə 4 xalla ilk 2 pilləni bölüşür. 
Vaşye-Laqrav məhz koronavirusun yayılması ilə əlaqədar turnirdən imtina etmiş Azərbaycan təmsilçisi Teymur Rəcəbovu əvəzləmişdi.