
Bu gün Azərbaycan yığması Millətlər Liqasında II tur çərçivəsində Kiprlə qarşılaşıb.
Maksim Medvedevin ilk yarıda, 29-cu dəqiqədə vurduğu qol ilə hesabı açıb.
Bu qol görüşün taleyini həll edib. Yığmamız növbəti oyununu oktyabrın 10-da səfərdə Monteneqroya qarşı keçirəcək.
Millətlər Liqası
II tur, 8 sentyabr
C liqası, I qrup
22:45. Kipr – Azərbaycan - 0:1
Qol: Maksim Medvedev, 29
Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferents, Boris Marhefka (hamısı Slovakiya)
Kipr: 12. Çaralambos Kiriakides, 2. Andreas Karo, 5. Valentinos Sielis, 6. Çaris Kiriaku, 9. Dimitris Kristofi, 10. Pieros Sotirou, 13. Yannis Kusulos, 19. Konstantinos Laifis, 20. Qriqoris Kastanos, 21. Marinos Tzioni, 23. Yannis Pittas
Ehtiyat oyunçular: 1. Tasos Kissas, 22. Neofitos Mixael, 3. Kristos Veeler, 7. Giorqos Efrem, 8. Çaralampos Kiriaku, 11. Andreas Avraam, 14. Kipros Kristoforu, 15. Marios Elia, 16. Matiya Spolyariç, 18. Aleksander Qoqiç, 17. Laizos Laizu
Baş məşqçi: Yohan Valem
Azərbaycan: 1. Emil Balayev, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 13. Abbas Hüseynov, 19. Təmkin Xəlilzadə, 2. Qara Qarayev, 16. Elvin Camalov, 22. Rəhim Sadıxov, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədliyev, 23. Mehdi Cənnətov, 3. Şəhriyar Əliyev, 6. Coşqun Diniyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 10. Namiq Ələsgərov, 14. Elvin Bədəlov, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev
Baş məşqçi: Canni de Byazi
Nikosiya. GSP stadionu
Xatırladaq ki, C Liqasının 1-ci qrupunda yer alan hər iki komanda turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya (0:2), Azərbaycan millisi isə Lüksemburqa (1:2) uduzub.