cümə axşamı, 07 avqust 2025

DÜNYA FUTBOLU

Kriştiano Ronaldo millidə 100-cü qolunu vurdu

09.09.2020 01:11 Oxundu 504

Portuqaliya hücumçusu Kriştiano Ronaldo milli komandadakı 100-cü qoluna imza atıb. Hücumçu yubiley qolunu İsveç komandası ilə Millətlər Liqası matçının ilk yarısına əlavə olunan dəqiqədə vurub.
Ronaldo hesabına yazdığı 100-cü qolu cərimə zərbəsidən vurub.  İsveçlə oyunun ikinci hissəsində Ronaldo daha bir qol vuraraq hesabındakı qoların sayını 101-ə çatdırıb.
Ronaldonun 35 yaşı var və Portuqaliya milli komandasının heyətində 165 oyunda meydana çıxıb.  Milli komandalarda vurulan qolların sayına görə rekord İranın azərbaycanlı futbolçusu Əli Dayıya məxsusdur. Onun hesabında 109 qol var. Ronaldo hələlik ikinci yerdə gedir.
Xatırladaq ki,  Ronaldo milli komandanın tərkibində 2016-cı ildə Avropa çempionatının, 2019-cu ildə isə Millətlər Liqasının qalibi olub.