cümə axşamı, 07 avqust 2025

BİZİM FUTBOL

Canni De Byazi:“Uğurlu nəticəyə hamımız inanmalıyıq”

09.09.2020 10:23 Oxundu 484

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində GSP stadionunda  keçirilmiş Kipr - Azərbaycan oyunundan sonra Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi oyun haqqında bunları deyib:
 “Çox yaxşı oyun keçdi. İlk hissədə daha çox qol vura bilərdik. Sevinirik ki, nəticə bizim xeyrimizə oldu. İkinci hissədə yorğunluq hiss olunurdu. Bir az da gərginlik var idi.
Sevindirici haldır ki, oyunu tam heyətlə tamamladıq. Lüksemburq oyunu ilə müqayisədə müəyyən dəyişiklik etdik. Xoşuma gələməyən şeylər var idi. Ən vacib futbolçuların istəkli olmasıdır.
İlk gündən demişdim ki, uğurlu nəticəyə və qələbəyə hamımız inanmalıyıq. Əgər belə olarsa, bu gün qazandığımız qələbələrin sayı çox olacaq. Bu gün komandamız qələbə qazanmaqla yanaşı qısa müddət ərzində məğlubiyyətdən nəticə çıxarmağı və xarakter nümayiş etdirməyi bacardı”.