09.09.2020 10:26
508


UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində GSP stadionunda keçirilmiş Kipr - Azərbaycan oyunundan sonra Kipr milli komandasının baş məşqçisi Yohan Valem oyun haqqında bunları deyib:
“Oyuna yaxşı başlamadıq. Xüsusən hesabda geri düşdükdən sonra oyunumuzu tapa bilmədik. Fasilədən sonra oyunda dönüş yaratmaq üçün dəyişikliklərə əl atdıq. Üstünlüyü ələ alsaq da, qol vurmağı bacarmadıq. Komandada çoxlu dəyişiklik olub. Gənc oyunçulara necə oynamaq lazım olduğunu demişəm. Ancaq bu dəyişikliklər tez zamanda öz bəhrəsini vermir. Onların daha çox inkişaf etməyə ehtiyacı var”.