09.09.2020 14:58
482


UEFA-nın bayrağı altında keçirilən bütün oyunlar tamaşaçısız keçir.
Portuqaliyanın və “Yuventus”un hücumçu Kriştiano Ronaldo matçların tamaşaçısız keçirilməsinə münasibət bildirib. O, tamaşacısız futbolu çiçəksiz bağça ilə, klounsuz sirklə müqayisə edib.
Portuqaliyalı deyib: "Tribunlardan gələn fit səsini sevirəm, məni işə salır, amma sağlamlıq hər şeydən əvvəl gəlir. Əgər Ümumdünya Səhiyyə Təşkilatı şərtlərin təhlükəli olduğunu deyirsə, bununla hər şey bağlınır. İnsan amili ən vacibdir. Ancaq pərəstişkarsız oyna çıxmaq sirkə gedib klounları görməmək, bağçaya çıxıb çiçək tapmamaq kimidir".
Azarkeşlərin iştirakı ilə ilk sınaq görüşü 24 sentyabrda Budapeştdə Puskas Arenada UEFA Super Kuboku oyununda baş tutacaq. O da məhdud sayda – yəni meydançanın tutumunun 30%-i səviyyəsində. Həmin oyunda keçən mövsüm Çempionlar Liqasının qalibi “Bavariya” ( Münxen) və Avropa Liqasının qalibi “Sevilya” (İspaniya) komandaları qarşılaşacaq.