cümə axşamı, 07 avqust 2025

DÜNYA FUTBOLU

“Qalatasaray”da koronavirus həyəcanı

09.09.2020 15:49 Oxundu 541
 
“Ümraniyespor”da 14 nəfərin koronavirus testinin müsbət olması onunla 31 avqustda yoldaşlıq oyunu keçirən “Qalatasaray”da  da narahatlığa səbəb olub. Belə ki, komandanın qarşıda Qaziantəpdə və Bakıda mühüm oyunları var. Ölkə çempionatının oyununu təxirə salmaq mümkün olsa da, Avropa Liqası oyunlarında belə bir şans yoxdur. Bunu nəzərə alan klub rəhbərli bütün heyəti koronavirus testindən keçirib.  Xoşbəxtlikdən komanda üzvləri arasında testləri müsbət olan yoxdur.
Komanda Qaziantep oyunu ərəfəsində futbolçuları yenidən testdən keçirməyi planlaşdırır.