09.09.2020 16:28
528

Bakının “Neftçi” klubu heyətinə yeni hücumçu cəlb edib.
“Cempion.az” xəbər verir ki, Belçikanın “Bersxot” klubunun futbolçusu Prins İbara icarə müqaviləsi əsasında 1 il “Neftçi”nin şərəfini qoruyacaq.
24 yaşlı futbolçu flaqmandakı hədəfləri barədə bunu söyləyib: "Komanda çoxlu qollar vurmaq və kuboklar qazanmaq istəyirəm".
İbara karyerası ərzində Qabon, Qətər, Tunis, Əlcəzair klublarında da çıxış edib. Konqolu hücumçu 2019-cu ildən “Bersxot”da çıxış edir.
Prins peşəkar karyerasında keçirdiyi 70 oyunda 19 qol vurub, 4 məhsuldar ötürmə edib.