cümə axşamı, 07 avqust 2025

BİZİM FUTBOL

AFFA nümayəndəsinə UEFA-dan təyinat

10.09.2020 03:37 Oxundu 482

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı Məhərrəmov UEFA tərəfindən yeni təyinat alıb.
“Cempion.az” AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-də Qazaxıstanın Çimkənd şəhərindəki Kajımukan Munaytpasov adına stadionda keçiriləcək “Kaysar” – APOEL (Kipr) oyununun UEFA nümayəndəsi Zaur Hacı Məhərrəmov olacaq.