cümə axşamı, 07 avqust 2025

BİZİM FUTBOL

"Keşlə"də braziliyalı futbolçu

10.09.2020 13:53 Oxundu 459


"Keşlə" futbol klubu növbəti transferini reallaşdırıb.

"Cempion.az" klubun saytına istinadla xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Alvaro Tavareş mövsümün sonunadək Bakı təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, son olaraq Ukraynanın "Lvov" klubunda çıxış edən 25 yaşlı futbolçu ötən mövsüm Ukrayna Premyer Liqası çərçivəsində 18 oyun keçirib və 3 qol vurub.