cümə axşamı, 07 avqust 2025

DÜNYA FUTBOLU

Luis Suares qərarını dəyişir

10.09.2020 15:17 Oxundu 531
 
"Barselona"nın uruqvaylı forvardı Luis Suares "Yuventus”a transferini dayandırıb.
“Cempion.az” “Sport.es” saytına istinadən bildirir ki, buna səbəb futbolçunun öz qərarından şübhələnməsi olub.  Mənbənin məlumatına görə, 33 yaşlı hücumçu indi bağlayacağı müqavilənin onun üçün sonuncu  böyük müqavilə olacağını nəzərə alaraq bütün variantları yenidən nəzərdən keçirmək istəyir. Futbolçu bütün variantları incələndikdən sonra qərar verəcəyini bildirib.