cümə axşamı, 07 avqust 2025

DÜNYA FUTBOLU

Ronaldo daha 9 qol vurarsa, tarixə düşəcək

10.09.2020 17:06 Oxundu 633

Ronaldo 100 qol baryerini aşan futbolçular arasında dünya rekordunun şəriki oldu.
Cempion.az “fanatik.com” saytına istinadən bildirir ki, UEFA Millətlər Liqasının İsveç-Portuqaliya oyununda 2 qol vuran Kriştiano Ronaldu, 100 qol baryerini aşıb. Kriştiano Ronaldu Portuqaliyanın milli komanda forması ilə 101 dəfə rəqib qapısından top keçirib. Ancaq 1993-2006-cı illərdə rəqib qapısına 149 oyunda 109 qol vuran İran milli komandasının oyunçusu Əli Dayi beynəlxalq oyunlarda milli geyimdə ən çox qol vuran futbolçudur. Beləliklə, Ronaldo daha 9 qol vurarsa dünya tarixinə düşəcək