cümə axşamı, 07 avqust 2025

BOKS

Türk boksçular Ukraynada rinqə çıxacaqlar

10.09.2020 17:49 Oxundu 716


Dünyanın ən böyük boks klublarından biri olan EC BOXING boksçuları Əli Erən Dəmirezən, Volkan Gökçək və Viktor Faust Ukraynada 20 sentyabrda rinqə çıxacaqlar.
Cempion.az “fanatik.com” saytına istinadən bildirir ki, idmançıların məşqçisi və EC BOXING idman klubunun idarə heyətinin sədri Erol Ceylan, pandemiya dövrünün onlara çox mənfi təsir etdiyini qeyd edərkən: "Əksər müsabiqələrimiz pandemiya şəraitinə görə ləğv edildi. Boksçularımız bir neçə aydır rinqə çıxa bilmirdilər. Qarşılaşmalarda iştirak edə bilməyən boksçularımızın zəifləməməsi üçün imkan daxilində görüşlər keçiririk. Əslində pandemiya şəraitinə görə idmançılarımız Ukraynadakı yarışlara qatıla bilmirdilər. Ancaq xüsusi dəvət və icazə ilə idmançılarımızı rinqə çıxaracağıq. Bu çətin günlərdə müsabiqə və qarşılaşmalar boksçularımızın formada qalmasına kömək edəcək. Bunun üçün də əlimizdən gələni edirik” deyib.