cümə axşamı, 07 avqust 2025

BİZİM FUTBOL

Premyer-liqada 2-ci tura sart verilir

11.09.2020 13:25 Oxundu 461


Sentyabrın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna start veriləcək.

“Cempion.az” xəbər verir ki, tura “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” oyunu ilə start veriləcək. Oyunu idarə edəcək hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev
Oyuna Asif Əliyev AFFA nümayəndəsi, Rövşən Əhmədov isə hakim-inspektor təyin olunublar.

Oyun saat 19:00-da başlayacaq.

ikinci görüşdə “Keşlə” “Qarabağ” klubunu qəbul edəcək. Oyun “Ask Arena”da keçirilıcək. Oyunu Səbuhi Bayramovun rəhbərlik etdiyi hakimlər birqadası idarə edəcək. Baş hakimə Eyyub İbrahimov və Nahid Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rövşən Rəcəbov yerinə yetirəcək. AFFA nümayəndəsi Seymur Səlimli,
hakim-inspektor isə Ceyhun Haşımov olacaq

Qarşılaşma saat 21:00-da start götürəcək.

Turun digər oyunu sentyabrın 12-də “ASCO Arena”da keçiriləcək. “Zirə” komandası “Səbail”in qonağı olacaq. Matç saat 19:00-da başlayacaq.

Çempionatın ikinci turuna sentyabrın 13-də “Sabah” və “Qəbələ” komandaları arasındakı oyunla yekun vurulacaq. “Bank Respublika Arena”da təşkil olunacaq görüşə saat 19:00-da başlayacaq.

Son iki oyuna hakim təyinatının bu gün və sabah olacağı gözlənilir.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.