cümə axşamı, 07 avqust 2025

DÜNYA FUTBOLU

Dilmən: “Qalatasaray”a gələnlər gedənlərdən zəifdir”

11.09.2020 14:11 Oxundu 478


Türkiyənin "Fənərbağça" klubunun sabiq futbolçusu və şərhçi Rıdvan Dilmən "Qalatasaray"ın transfer siyasətini tənqid edib. 

Keçmiş yarımmüdafiəçi NTV-dəki çıxışında İstanbul təmsilçisinin hazırda zəif heyətə malik olduğunu bildirib.

Dilmən "sarı-qırmızılar"da komandaya gələnlərdən çox gedənlərin müzakirə olunduğunu vurğulayıb: "Gələn və gedən futbolçulara baxanda "Qalatasaray"ın ötən mövsümə nisbətən daha zəif heyətinin olduğunu görürük. Yəqin ki, Fatih Terimin əlində siyahısı var, amma transferlərdə gecikiblər". 

"Qalatasaray" yay fasiləsində Selçuk İnan, Maykon, Adem Büyük, Yuto Naqatomo, Mariano, Florin Andone, Henri Onyekuru, Mario Lemina və Jan Seri ilə yollarını ayırıb. Əvəzində "sarı-qırmızılar" Arda Turan, Emre Kılınç, Fatih Öztürk, Omar Elabdellaui, Oğulcan Çağlayan və Oqenekaro Etebonu heyətinə qatıb. 

Qeyd edək ki, "Qalatasaray" UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə üz-üzə gələcək. Sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da start götürəcək.