11.09.2020 14:29
475


Çinin “Şanxay Şenhua” komandasının hücumçusu Stefan El-Şaravi karyerasını Avropada davam etdirmək niyyətindədir. “Cempion.az” saytının xarici mənbələrdən aldığı məlumata görə, futbolçunun Çin klubu ilə müqaviləsi davam etsə də, klub onu icarə əsasında Avropaya buraxmağa razılaşıb.
Mənbənin bildirdiyinə görə, El-Şaravinin PSJ-yə transferinin daha çox ehtimal ediməsinə baxmayaraq, futbolçunun seçim imkanları daha böyükdür. Belə ki, onu heyətinə qatmaq istəyən klublar arasında PSJ-dən əlavə “Yuventus”, “Roma” və “Arsenal” kimi Avropa nəhəngləri də var.