11.09.2020 16:13
590


"Barcelona"nın sağ cinah müdafiəçisi Nelson Samedu bu payız klubu tərk edə bilər.
"Cempion.az" “Marka”ya istinadən xəbər verir ki, Kataloniya komandasının rəhbərliyi 26 yaşlı portuqaliyanı satmaq və hazırda “Arsenal”da oynayan öz yetirməsi Ektor Belyerini geri qaytarmaq niyyətindədir.
“Barselona”dan əlavə, PSJ də Belyerin üçün iddia edir.
Samedu “Barselona”ya 2017-ci ilin iyul ayında “Benfika”dan 37,5 milyon avro qarşılığında gəlib. Futbolçunun beş illik müqaviləsi qüvvədədir. Samedu keçən mövsüm 42 matç keçirib, bu oyunlarda bir qol vurdu və altı asist verib.
Transfermarkt oyunçunu 40 milyon avro qiymətləndirir