11.09.2020 16:36
472


Londonun “Tottenhem” klubu 26 yaşlı Polşa hücumçu Arkadiuş Milikin transferi ilə bağlı “Napoli” ilə danışıqlar aparır.
“Cempion.az” “Evening Standard”a istinadən xəbər verir ki, danışıqlarda çətinliklər yaranıb. Belə ki, neapollular hücumçunu 30 milyon avroya satmaq istəyir, ingilislərin rəhbərliyi isə bu məbləği çox yüksək hesab edir. Çox güman ki, “Tottenhem” və “Napoli” razılaşa bilməyəcəklər.
Qeyd edək ki, keçən mövsüm Milik A Seriyasının 26 matçında 11 qol vurub.
2016-cı ilin avqustunda “Napoli” Miliki Amsterdamın “Ayaks”klubundan 32 milyon avroya alıb. O vaxtdan bəri Arkadiuş “Napolı”nin heyətində 122 matçda meydançaya çıxıb, 48 qol vurub və 5 məhsuldar ötürmə verib.