11.09.2020 23:03
481


Azərbaycan çempionatının ikinci turunun ikinci qarşılaşmasında çempionla bürünc mükafatçı üz-üzə gəldi. Bu komandaların hər ikisi birinci turda qələbə qazanmışdılar. Ötən turda qələbə qazanan komandalardan "Neftçi" artıq məğlub olmuşdu. Bu o deməkdir bu oyunda qalib gələn komanda vahid liderliyə yüksələcəkdi. Lakin komandaların heç biri bu işin öhdəsindən gələ bilmədi. 90 dəqiqə 0:0 hesabı ilə başa çatdı. Beləliklə, ikinci turdan sonra xal itirməyən komanda qalmadı.
“Keşlə” – “Qarabağ” - 0:0
“ASK Arena”
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov
“Keşlə”: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 23. Artur Batista, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 6. Rəşad Sadiqov, 7. Rəhman Hacıyev, 10. Cavid İmamverdiyev, 8. Tural Axundov, 20. Rail Məlikov, 16. Alvaro Tavares, 99. Rafael Məhərrəmli, 97. Xəzər Mahmudov
Baş məşqçi: Yunis Hüseynov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Gerye, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov